“İmamoğlu HDP-dən aldığı səslərin haqqını verəcək” – Sezai Təməlli

  • 11:10 - 23 May

HDP partiyasının həmsədri Sezai Təməlli DW-nin türkcə xidmətinin “YouTube” kanalında jurnalist Nevşin Məngünün suallarına cavab verib.

Avropa.info xəbər verir ki, Təməlli müsahibəsində “Türkiyədə yeni proses başlayacaq, amma AKP ilə başlamayacaq. Həqiqətən sülh istəyən cəmiyyət bir prosesə start verəcək. Bunun demokratiya şəraitini genişlədərək başladacaq”, deyib.

Partiya olaraq qarşı tərəfin davranışlarına görə siyasət müəyyən etdiklərini bildirən Təməlli İstanbul Böyükşəhər Bələdiyyə sədrliyi seçkisini demokratiya referendumu kimi qiymətləndirdiklərini bildirib.

Sezai Təməlli Əkrəm İmamoğlunun zərərçəkmiş olduğunu müdafiə edərək bu sözləri deyib:

“İmamoğluya olan dəstəyin bir az artmasını gözləyirik. HDP seçicisi İmamoğluya strateji olaraq dəstək verir. HDP seçicisi İmamoğlunu yeni tanıyıb. Ümid edirəm İmamoğlu da bu səslərin haqqını verəcək”.


Oxunma sayı: 4345

Oxşar yazılar