CHP lehinə sayılan etibarsız səslərin sayı açıqlandı

  • 10:37 - 23 May

YSK İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə namizədlik seçkisinin ləğvinə dair qərarının səbəbini açıqlayıb.

Avropa.info xəbər verir ki, AKP ilə CHP arasındakı səs fərqinin 13 min 742 olduğu İstanbul Böyükşəhər Bələdiyyə seçkisində 35 min etibarsız səsin CHP lehinə yazıldığı diqqətdən yayınmayıb.

YSK-nın qərarında deyilir:

“Cümhuriyyət Xalq Partiyası lehinə etibarlı sayılan, ancaq qaydaya uyğun formada etibarsız sayılması lazım olan səslərin cəminin 35000 olduğu, bu səs sayının seçkilərin nəticəsinə birbaşa təsir etdiyi müəyyən edilmişdir”. 


Oxunma sayı: 4103

Oxşar yazılar