Dövlət Komitəsi Fuad Abbasovla bağlı məlumat yaydı

  • 17:19 - 22 May

Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan vətəndaşı, jurnalist Fuad Abbasovun Rusiya Federasiyasının ərazisində saxlanılması ilə bağlı məlumat yayıb. 

Avropa.info xəbər verir ki, məlumatda deyilir:   

"Azərbaycan vətəndaşı, jurnalist Fuad Abbasovun Rusiya Federasiyasının ərazisində saxlanılması ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinə çoxsaylı müraciətlər daxil olur. Dövlət Komitəsi bu məsələnin mövcud normalar və insan haqqlarının təmin olunması çərçivəsində tezliklə həll olunacağına ümid edir. Dövlət Komitəsi bəyan edir ki, öz imkanları çərçivəsində məsələnin müsbət həllinə yardım etməyə hazırdır. Soydaşlarımızı yaranmış vəziyyətin süni gərginləşdirilməsinə apara biləcək addımlardan çəkinməyə çağırırıq! "


Oxunma sayı: 3355

Oxşar yazılar