Bu il “Bakı Metropoliteni” 30 yeni vaqon alacaq

  • 16:05 - 22 May

""Bakı Metropoliteni" Rusiyadan aldığı vaqonlardan 10-nu gələn həftə təhvil alacaq".

Avropa.info  Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin baş mühəndisi Əlixan Osmanov deyib.

Ə.Osmanov bildirib ki, mayın 28-də "Bakı Metropoliteni" QSC-nin nümayəndə heyəti Rusiyanın paytaxtı Moskvaya səfər edəcək.

Onun sözlərinə görə, səfər çərçivəsində qonşu ölkədən 10 vaqonun qəbulu baş tutacaq: "Bu il Rusiyanın "Metrovaqonmaş" şirkətindən ümumilikdə 30 ədəd vaqon almalıyıq. Artıq onlardan 10-u hazırdır. Həmin vaqonları qəbul edəcəyik".


Oxunma sayı: 4554

Oxşar yazılar