İrandan ABŞ-la müharibə açıqlaması

  • 15:50 - 22 May

ABŞ ilə heç bir halda müharibəyə başlamayacağıq. 

Avropa.info xəbər verir ki, bu açıqlama ilə İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət üzrə komissiyasının sədri Haşmətullah Fəlahətpişə çıxış edib.

O, ABŞ-la İran arasında vəkalət müharibələrinin başlanacağına dair xəbərləri şərh edib:

“Heç bir halda hər hansı müharibəyə başlamayacağıq. İran tərəfindən heç bir qrup vəkalət müharibəsinə girdiyini elan edə bilməz”. 

Fəlahətpişə BƏƏ-nin Əl Fuceyra limanında neft tankerləinə qarşı baş verən sabotajın İranla əlaqəsinin olmadığını bildirib.

“Müharibəyə başlamamaq İranın siyasətidir. Bu üzdən bu cür aktların bizim siyasətimizlə əlaqəsi yoxdur. Hadisə ilə bağlı istintaqın başa çatmasını gözləyirik və bu kimi aktların şübhəli olduğuna inanırıq” – o, belə deyib.

Fəlahətpişə regiondakı bəzi aktyorların ABŞ-ı Yaxın Şərqdə müharibəyə itələmək istədiyini qeyd edib.


Oxunma sayı: 9218

Oxşar yazılar