Mehman Hüseynov: "Şirəliyev söz verdi ki..."

  • 22 May - 2019

Blogger Mehman Hüseynov Cenevrənin hava limanında Səhiyyə naziri Oqtay Şirəliyevlə foto çəkdirərək sosial şəbəkədə paylaşıb.

Avropa.info xəbər verir ki, Unikal.org-a açıqlama verən blogger Mehman Hüseynov sözügedən şəkilə aydınlıq gətirib:

"Bakıya qayıdarkən səfirimizlə Oqtay Şirəliyevi gördüm. Səhiyyə naziri dedi ki, İsveçrəyə müalicə üçün gəlib. Yaxınlaşdım anamın ölümündə həkim səhvinin olduğunu bildirdim. Ona xatırlatdım ki, jurnalist Rasim Əliyevin ölümündə həkim səhvinin, digər jurnalistin anasının müalicəsi ilə bağlı Səhiyyə Nazirliyinin qarşısında etiraz etdiyini dedim. Səhiyyə sahəsində olan problemləri Oqtay Şirəliyevə xatırlatdım. Mənə dedi ki, ananın ölümü ilə bağlı həkim səhvinin olması ilə bağlı məsələ araşdırılacaq. Oqtay Şirəliyev məni nazirliyə çağıracağına söz verdi. Mən hələ də Səhiyyə Nazirliyinə dəvət olunmağımı gözləyirəm. Sonra da qardaşıma dedim ki, mənim Oqtay Şirəliyevlə şəklimi çəksin."


Oxunma sayı: 693

Oxşar yazılar