Öcalanın vəkilləri onunla ikinci dəfə görüşəcək

  • 12:36 - 22 May

PKK terror təşkilatının həbsdə olan lideri Abdulla Öcalanın vəkilləri Rezan Sarıcı və Novruz Uysal onunla görüşəcək.

Avropa.info xəbər verir ki, Öcalanın vəkili İbrahim Bilməz “İndependent”in Türkiyə şöbəsinə verdiyi məlumatda iki vəkilin bu səhər Mudanyadan İmralı həbsxanasına getdiyini bildirib.

Qeyd edək ki, Öcalan ilə vəkillərinin son görüşü 8 il fasilədən sonra 2 mayda baş tutmuşdu. 

Türkiyə ədliyyə naziri Əbdülhəmid Gül 16 may tarixində Öcalanın vəkilləri ilə görüşməsinə qoyulan məhdudiyyətlərin götürüldüyünü bildirmişdi.


Oxunma sayı: 4422

Oxşar yazılar