HDP həmsədri İmamoğluya nə üçün dəstək verdiklərini açıqladı

  • 11:59 - 22 May

Türkiyənin HDP partiyasının həmsədri Sezai Təməlli DW Türkcə kanalının “Youtube” vasitəsilə canlı yayımlanan proqramında jurnalist Nevşin Məngünün suallarına cavab verib.

Avropa.info xəbər verir ki, Sezai Təməlli HDP-nin CHP-dən İstanbul bələdiyyə sədrliyinə namizədi Əkrəm İmamoğluya dəstək verməsi ilə bağlı suala belə cavab verib:

“İmamaoğluya dəstəyimiz demokratiya ittifaqı anlayışı ilə ortaya çıxardığımız dəstəkdir. Yoxsa seçki qutusundan çıxan nəticəyə hesablanmış hər hansı bir dəstək deyil”.

Sezai Təməlli HDP elektoratının səslərini strateji baxımdan İmamoğluya verdiyini deyib:

“HDP elektroratı İmamoğlunu yeni tanıyıb. Ümid edirəm, İmamoğlu bu səslərin haqqını verəcək”. 


Oxunma sayı: 4851

Oxşar yazılar