Bakıda 17 yaşlı gənc onuncu mərtəbədən yerə düşdü - İntihar, yoxsa qəsd?

  • 11:41 - 22 May

Bakıda 17 yaşlı oğlan intihar edib.

Avropa.info oxu.az-a istinadən xəbər verir ki, hadisə dünən saat 18:00 radələrində paytaxtın Nəsimi rayonu ərazisində baş verib. 

Belə ki, Moskva prospekti 3007-ci məhəllədə 2002-ci il təvəllüdlü S.Q. özünü yaşadığı binanın 10-cu mərtəbəsinin pəncərəsindən ataraq intihar edib. 

Gəncin hansı səbəbdən intihar etdiyi məlum deyil. Yaxınları onun intihar etmədiyini, itələndiyini iddia edirlər.

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 7106

Oxşar yazılar