Türkiyədə yaşayan məşhur azərbaycanlı model sevgilisini bıçaqladı

  • 11:38 - 22 May

Aktyor Tolqa Karelin keçmiş arvadı, Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva mübahisə əsnasında sevgilisi Taha Tatlıcıyı bıçaqlayıb.

Avropa.info xəbər verir ki, məşhur model bir neçə gün əvvəl canlı yayında keçmiş əri Tolqa Karelin oğlu ilə heç maraqlanmadığını və aliment ödəmədiyini iddia etmişdi. Aliment xəbəri ilə gündəmə gələn azərbaycanlı model indi də sevgilisini bıçaqlama xəbəri ilə Türkiyə gündəminə gəlib.

Hadisə ilə bağlı İstanbul Ailə Müdafiəsi Şöbəsi istintaqa başlayıb. İstintaqda ifadəsi alınanGünaya Musayeva əslində özünün döyüldüyünü və zərərçəkən olduğunu bildirib:

“Taha çox əsəbi idi. Oğlumu döydü. Oğlumu və özümü qorumaq üçün bıçağı götürərək qarşısına keçdim. Üstümə hücum etdikdə bıçaq ona batdı. Mən özümü qoruyurdum”.


Oxunma sayı: 10021

Oxşar yazılar