Rusiya Xəzər hərbi donanmasını təyyarə və vertolyotlarla gücləndirəcək

  • 11:04 - 22 May

Rusiyanın Xəzər hərbi donanması tərkibində Be-200 təyyarələri və Mi-14 vertolyotlarından ibarət eskadrilya yaradılacaq.

Avropa.info xəbər verir ki, bu açıqlama ilə donanmanın kontr-admiralı Sergey Pinçuk çıxış edib.

“Biz aviasiya eskadrilyası formalaşdırırıq. Eskadrilya Kaspiysk şəhərində yerləşəcək və Be-200 təyyarələri və Mi-14PV vertolyotlarından formalaşdırılacaq. Bu aviasiya axtarış-xilasetmə və hərbi yardım tapşırıqlarını yerinə yetirəcək”. 


Oxunma sayı: 4785

Oxşar yazılar