“Krım tatarlarının haqq və maraqlarını qorumağa davam edəcəyik” – Ərdoğan

  • 10:46 - 22 May

“Türkiyənin Krımda yaşayan və işğaldan sonra regionu tərk etmək məcburiyyətində qalan Krım tatarlarının haqq və maraqlarını hər şərtdə qorumağa davam edəcəyini vurğulamaq istəyirəm”.

Avropa.info xəbər verir ki, bu bəyanatla Türkiyə prezidenti Ərdoğan Krım tatarlarının sürgününün 75-ci ildönümü ilə keçirilən tədbirdə çıxış edib. Tədbir YTB və Krım Türkləri Mədəniyyət və Dəstək Dərnəyinin təşkilatçılığı ilə keçirilib. Tədbirdə sürgündə həyatını itirənlərin xatirəsi Qurani-Kərimdən oxunan surə və dualarla yad edilib.

Sürgünü əks etdirən sənədli filmin nümayişi və şahidlərin xatirələrini bolüşməsindən sonra proqramda Ərdoğanın teleqrafı oxunub:

“Krım tatarlarının ana vətənlərini tərk etməsi və böyük itkilər verməsinə səbəb olan bu hadisənin 75-ci ilin bir daha hüznlə xatırlayırıq. Türk və dünya tarixinin unudulmaz insanlıq cinayətlərindən biri olan bu hadisənin 75 il keçməsinə baxmayaraq sürgündə həyatını itirənləri bu gün də rəhmətlə yad edirik. Türkiyənin Krımda yaşayan və işğaldan sonra regionu tərk etmək məcburiyyətində qalan Krım tatarlarının haqq və maraqlarını hər şərtdə qorumağa davam edəcəyini vurğulamaq istəyirəm”.


Oxunma sayı: 4917

Oxşar yazılar