Gürcüstanda yaşayan azərbaycanlıların 68%-i işsiz olduğunu deyib

  • 22:22 - 21 May

Gürcüstanda rəyi soruşulan azərbaycanlı respondentlərin 68%-i özünü işsiz hesab edir. Bu barədə ABŞ-ın Milli Demokratiya İnstitutunun (NDI) Gürcüstan ofisinin ölkədə keçirdiyi sorğunun nəticələrində bildirilib. Respondentlərin 32%-i isə işlədiyini bildirib.

Sorğu zamanı azərbaycanlı respondentlərin 2012-ci ildə Gürcüstanda baş vermiş hakimiyyət dəyişikliyinə də münasibətləri öyrənilib. Nəticələrə əsasən, onların 37%-i dəyişiklikləri müsbət, 36%-i mənfi qiymətləndirib, 25%-i isə “bilmirəm” deyə cavab verib.

NDI sorğunu bu ilin 28 mart - 15 aprel tarixlərində işğal altında olan ərazilər istisna olmaqla bütün Gürcüstan üzrə 2 927 respondent arasında aparıb. (Report)


Oxunma sayı: 4477

Oxşar yazılar