BMT Şimali Koreyaya qarşı sanksiyalara yeni istisna tətbiq edəcək

  • 21:30 - 21 May

BMT-nin Təhlükəsizlik Şurası UNICEF-in Koreya Xalq Demokratik Respublikasına humanitar yardımları davam etdirə bilməsi üçün bu ölkəyə qarşı sanksiyalara yeni istisna tətbiq olunması barədə qərar qəbul edib.

6 ay ərzində qüvvədə olacaq istisna KXDR-ə əhalinin qidalanma vəziyyətini yaxşılaşdırmaq üçün avadanlığın (su təmizləyici qurğular) və tibbi ləvazimatların təchizatına imkan yaradacaq. Humanitar yardımın ümumi dəyəri 5,75 milyon ABŞ dollarıdır.

Bununla, KXDR-ə tətbiq olunan sanksiyalara humanitar layihələr üçün verilən istisnaların sayı 22-yə çatıb.

Qeyd edək ki, BMT və müxtəlif dövlətlər nüvə-raket fəaliyyəti ilə əlaqədar Şimali Koreyaya sanksiyalar tətbiq edirlər. Həmin sanksiyalar humanitar fəaliyyəti qadağan etməsə də, bəzi materialların KXDR-ə göndərilməsinə imkan vermir.


Oxunma sayı: 4752

Oxşar yazılar