Naxçıvan banklarında açılmış hesabların sayı 81 mini keçib

  • 21:12 - 21 May

Bu il mayın 1-nə Naxçıvan MR-in banklarında açılmış hesabların sayı 81 094-ə çatıb. 

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11 337 vahid və yaxud 16,2% çoxdur. 

Bunun da 71 777-si və yaxud 88,5%-i aktiv hesablardır.

Təkcə bu ilin yanvar-aprel aylarında Naxçıvanda 6 769 bank hesabı açılıb ki, bu da illik müqayisədə 1 638 vahid və yaxud 31,9% çoxdur. 

Bunun isə 6 739-u aktiv hesablardır. 

Son 1 ildə muxtar respublikada quraşdırılmış POS-terminalların sayı isə 9 ədəd və yaxud 0,7% artaraq bu il mayın 1-nə 1 275-ə çatıb. 


Oxunma sayı: 9042

Oxşar yazılar