Ermənistanın keçmiş hərbçisi uşaqları ilə birlikdə aclıq aksiyası keçirir

  • 19:27 - 21 May

Ermənistan silahlı qüvvələrinin keçmiş hərbçisi Mxitar Alumyan 3 uşağı ilə birlikdə ölkəsinin Müdafiə Nazirliyinin binası qarşısında aclıq aksiyası keçirir.

Hərbçi Müdafiə Nazirliyindən işlə təmin olunmasını tələb edir.

M.Alumyanın sözlərinə görə, onlar Ermənistanın Kotayk vilayətinin Kaxsi kəndində yaşayıblar. Hazırda isə Razdan şəhərində kirayə mənzildə qalırlar.

Nazirlikdən bildiriblər ki, aksiyadan və keçmiş hərbçinin tələbindən xəbərdardırlar.

 

 

report


Oxunma sayı: 5797

Oxşar yazılar