İstanbulda FETÖ terror təşkilatı ilə əlaqəsi olmaqda şübhəli bilinən 74 nəfər saxlanılıb

  • 18:36 - 21 May

İstanbul Baş Prokurorluğu FETÖ terror təşkilatı ilə əlaqəsi olmaqda şübhəli bilinən 74 nəfər barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib. 

Həmin şəxslərin saxlanılması ilə əlaqədar Türkiyənin 18 şəhərində 92 ünvanda əməliyyat keçirilib. Əməliyyatlar nəticəsində 74 nəfər saxlanılıb. 

Bundan əlavə, araşdırmalar nəticəsində terror təşkilatı ilə əlaqəsi olan yeni şəxslər haqqında da məlumat əldə edilib. 

Təhqiqat davam edir.


Oxunma sayı: 5731

Oxşar yazılar