Zelenski Ali Radanı buraxmasının səbəbini açıqladı

  • 17:07 - 21 May

Ukrayna prezidenti Vladimir Zelenski növbədənkənar parlament seçkilərinin keçirilməsi haqda qərar verməsinin səbəbi kimi vətəndaşların Ali Radaya etibarının çox aşağı səviyyədə olması və 2016-cı ildə bəri koalisiyanın faktiki  yoxluğu ilə əlaqələndirib.

Avropa.info xəbər verir ki, Zelenski ukraynalıların cəmi 4%-nin etibar etdiyini bildirib.

“Mən Konstitusiyanın təminatçısı kimi Ukrayna vətəndaşlarının hüququnu təmin etməliyəm. Parlamentin buraxılması üçün hüquqi əsas 2016-cı ildə bəri koalisiyanın olmamasıdır” – Zelenski belə deyib.

Qeyd edək ki, dünən vəzifə səlahiyyətlərinə başlayan Vladimir Zelenski Ali Radanı buraxıb. O, parlamentə iki ay verərək, vacib qanunları qəbul etməyi xahiş etmişdi.


Oxunma sayı: 5544

Oxşar yazılar