Poroşenkoya “dövlətə xəyanət” ittihamı ilə cinayət işi açıldı

  • 16:12 - 21 May

Ukraynanın Dövlət İstintaq İdarəsi sabiq prezident Pyotr Poroşenkoya qarşı “dövlətə xəyanət” ittiham ilə cinayət işi qaldırıb.

Avropa.info xəbər verir ki, istintaq Viktor Yanukoviç administrasiyasının sabiq sədr müavini Andrey Portnovun müraciəti əsasında başlayıb.

Cinayət işi üç maddə əsasında açılıb: “Zorakılıq yolu ilə konstitusion quruluşu dəyişdirmək və dövlət hakimiyyətini ələ keçirməyə yönəlik fəaliyyətlər”, “Dövlətə xəyanət” və “Vəzifə səlahiyyətlərini aşmaq və ya hərbi səlahiyyətli şəxsin vəzifə səlahiyyətini aşması”.

Baş Prokurorluq məhkəməyə qədər istintaqa başlayıb.


Oxunma sayı: 4884

Oxşar yazılar