ABŞ-la müharibə təhlükəsindən qorxan iranlılar Türkiyəyə qaçır

  • 15:04 - 21 May

ABŞ-ın Fars körfəzinə döyüş gəmiləri göndərməsindən sonra artan müharibə təhlükəsindən narahat olan iranlılar ölkədən qaçmağın yollarını axtarırlar.

Avropa.info xəbər verir ki, müharibə ehtimalı halında Türkiyədə sığınacaq almaq istəyən xeyli iranlı biznesmen var. Bəzi biznes adamları sərmayə qoyaraq Türkiyə vətəndaşlığını almaq istəyərkən, digərləri ticarətlərini Türkiyəyə köçürərək vətəndaşlıq almaq niyyətlərini bildiriblər.

Normal şərtlərdə Türkiyə dövlətinin vətəndaşlığını almaq üçün bu addımları atmaq lazımdır: Müraciət tarixindən etibarən fasiləsiz 5 il Türkiyədə yaşamaq, Türkiyədə daşınmaz əmlak almaq, biznes qurmaq, sərmayə qoymaq, ticarəti Türkiyəyə köçürmək, türk vətəndaş ilə evlənmək, əvvəldən Türkiyə vətəndaşlığı olmuş ana, ata, qardaş ya da uşaq sahibi olmaq, Türkiyədə təhsil almaq. 

Bu şərtlərə əməl edə bilməyən iranlılar qeyri-leqal köç etməyə başlayırlar.

İrandan qaçmağı planlayan iranlıların bir qismi Türkiyəyə bir müddətə turist kimi gəlib, müharibə və təhlükə başa çatana qədər Türkiyədə qalmağı planlayırlar. 

Digər yol isə quru yolla sərhədi qaçaq şəkildə keçərək Türkiyədə sığınmaq. Ancaq Türkiyənın İran sərhədində tikdiyi 144 km-lik sərhəd divarının böyük hissəsinin baş çatması bu sərhədi keçmək istəyən iranlıların qarşısında maneədir.

Türkiyə DİN-nin məlumatına görə, 2018-ci ildə müxtəlif icazələrlə Türkiyədə yaşayan iranlıların sayı 44 min 313 nəfər olub. Əvvəlki illərlə müqayisədə İrandan Türkiyəyə gedən qeyri-leqal miqrantların sayının artması ilə yanaşı, Türkiyədə yaşamaq icazəsi alan iranlıların da sayında artım var. 


Oxunma sayı: 7326

Oxşar yazılar