ABŞ İraqdakı bazalarında silah və hərbçi sayını artırdı

  • 14:26 - 21 May

ABŞ-İran arasında gərginlik İraqa təsir etməyə başlayıb.

Avropa.info xəbər verir ki, 19 mayda Bağdaddakı ABŞ səfirliyinə “Katyuşa” raketləri ilə açılan atəşdən sonra ABŞ İraqdakı hərbçilərini gücləndirməyə başlayıb.

Hərbi mənbənin verdiyi məlumata görə, ABŞ-ın İraqın Anbar vilayətinin qərbində yerləşən Ayn Əsəd hərbi aviabazasına xeyli sayda hərbçi göndərilib. Bazaya “Hummer” markalı 70 ədəd zirehli maşının gətirildiyi bildirilir.


Oxunma sayı: 5742

Oxşar yazılar