Çökən yolda daha bir qəza

  • 14:11 - 21 May

Bakı şəhəri, Babək prospektində yolun çökməsi səbəbindən daha bir avtomobil qəzaya uğrayıb.

Report-un məlumatına görə, “Mersedes” markalı avtomobil həmin yerdən keçərkən qəzaya düşərək zədələnib.

Qeyd edək ki, yol iki gün əvvəl çöküb. Yolun çökməsindən indiyədək həmin ərazidə bir neçə avtomobil ziyan görüb.


Oxunma sayı: 4180

Oxşar yazılar