Bakı Şəhər İcra Hakimiyyətindən “Torqovı”nın bağlanmasına rəsmi münasibət

  • 13:00 - 21 May

Bakı Şəhər İcra Hakimiyyəti mayın 25-dən 31-nə qədər “Torqovı”ya yerli sakinlərin buraxılmamasına münasibət bildirib.

Avropa.info-nun məlumatına görə, Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov açıqlamasında qeyd edib ki, bəyan edirik ki, bu barədə mətbuatda verılən məlumatlar həqiqətə uyğun deyildir və hər hansı məhdudiyyət tətbiq edilməyib.

Belə məlumatlar şəbəkə təxribatı xarakteri daşıyır. Futbol kütlələrin baxdığı, azarkeşlik etdiyi oyunudur. Onu hamı sevir və hər hansı məhdudiyyət yol verilməzdir. əksinə həmin gün şəhərdə bayram əhval-ruhiyyəsi hökm sürəcək, müxtəlif tədbirlər keçiriləcək.

***

Mayın 25-dən 31-dək "Tarqovı", İstiqlaliyyət küçəsi və Fəvvarələr meydanına vətəndaşların girişi məhdudlaşdırılması ilə bağlı mətbuatda yayılan məlumatlara Daxili İşlər Nazirliyi münasibət bildirib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov BAKU.WS-ə açıqlama verib. Onun sözlərinə görə, nazirlik bu barədə heç bir məlumat yaymayıb.

“Daxili İşlər Nazirliyi tərəfindən belə bir məlumat yayılmayıb”, - deyə Ehsan Zahidov bildirib.

***

Mayın 25-dən 31-dək "Tarqovı", İstiqlaliyyət küçəsi və Fəvvarələr meydanına vətəndaşların girişi məhdudlaşdırılacaq.

Avropa.info xəbər verir ki, bu barədə ONA məlumat yayıb.

Verilən məlumata görə, UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə əlaqədar hüquq-mühafizə orqanları gücləndirilmiş iş rejimində çalışacaq.

Mayın 29-da baş tutacaq oyunu izləmək üçün ölkəmizə çoxsaylı əcnəbi azarkeşlərlə bərabər turist axını da gözlənilir.

Bütün bunları nəzərə alan və həmin günlərdə gücləndirilmiş iş rejimində xidmət aparacaq hüquq-mühafizə, o cümlədən daxili işlər orqanları tərəfindən final oyunu ərəfəsində ictimai asayişin və ictimai təhlükəsizliyin daha etibarlı qorunması, oyunu izləmək üçün gəlmiş çoxsaylı əcnəbilərin rahat, maneəsiz və sərbəst gəzintilərini təmin edilməsi üçün may ayının 25-dən 31-dək paytaxtın bəzi mərkəzi küçə və meydanlarında, xüsusən də Nizami ("Tarqovı") və İstiqlaliyyət küçələrində və Fəvvarələr meydanında vətəndaşların sıx hərəkətinə, eləcə də Respublika günü ilə əlaqədar İstiqlaliyyət küçəsindəki abidəni ziyarətə gəlmələrinə məhdudiyyətlər qoyulacaq.


Oxunma sayı: 10318

Oxşar yazılar