İran zənginləşdirilmiş uranın miqdarını dörd dəfə artıracaq

  • 11:32 - 21 May

“Natanz nüvə obyektlərində zənginləşdirilmiş 3,67 uranının istehsal həcmini 4 dəfə artırdıq”.

Avropa.info xəbər verir ki, bu açıqlama ilə İranın Atom Energetikası Təşkilatının mətbuat katibi Bəhruz Kamalvəndi çıxış edib.

Kamalvəndi İranın nüvə müqaviləsindən çıxmaq istəmədiyini və bunu pozmaq istəmədiyini bildirib:

“İndilik nüvə müqaviləsinin 26-cı maddəsinə əsasən iki qərar verdik. Bundan sonra iki addım atacağıq. Ümid edirəm ki, Avropa ölkələri 60 gün ərzində sözlərini yerinə yetirər və bizim bir sonrakı addımı atmağımıza ehtiyac qalmaz”.

Qeyd edək ki, BMT TŞ-nin 5 daimi üzvü və Almaniya ilə imzalanmış müqavilə Tehranan 3,67 faizlik 300 kiloqram uran istehsal etmək icazəsi verirdi. Tehranın artıq istehsal etdiyi uranı xaricdə toplamaq və xarici ölkələrə satmaq hüququ da vardı.

Müqavilə ilə icazə verilən 3,67%-lik uran nüvə silahı istehsal etmək üçün zənginləşdirilən 90%-lik urandan çox aşağıdır. Müqavilə bağlanmadan əvvəl İran nüvəni 20%-dək zənginləşdirə bilirdi.


Oxunma sayı: 4796

Oxşar yazılar