Köçəryana qarşı iş dayandırıldı və konstitusiya məhkəməsinə göndərildi

  • 10:50 - 21 May

Ermənistanın sabiq prezidenti Robert Köçəryan, sabiq baş nazir Armen Gevorqyan, sabiq müdafiə naziri Seyran Ohanyana və KTMT-nin sabiq baş katibi Yuri Xaçaturova üzrə məhkəmə işi məhkəmə qərarı ilə dayandırılıb.

Avropa.info xəbər verir ki, bu açıqlama ilə vəkil Ohanyan Karen Meclumyan çıxış edib. 

Onun sözlərinə görə, məhkəmə Robert Köçəryana və digər şəxslərə qarşı irəli sürülən ittihamla bağlı məsələni aydınlaşdırmaq üçün konstitusiya məhkəməsinə müraciət edilib.

Xatırladaq ki, iki gün əvvəl məhkəmə qərarı ilə Robert Köçəryana qarşı seçilmiş həbs qərarı dəyişdirilmişdi.


Oxunma sayı: 5533

Oxşar yazılar