Bakıda 4 qəsəbədə iki gün su olmayacaq – Siyahı

  • 10:24 - 21 May

Suraxanı rayonunun bir hissəsinə içməli su müəyyən fasilələrlə veriləcək.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətindən Avropa.info-ya verilən məlumata görə, magistral su kəmərlərində aparılan yenidənqurma işləri ilə əlaqədar 21-22 may 2019-cu il tarixlərində rayonun bir hissəsinə (Suraxanı, Hövsan, Əmircan qəsəbələri və Qaraçuxur qəsəbəsinin bəzi hissələrinə) içməli su müəyyən fasilələrlə veriləcək.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.


Oxunma sayı: 5335

Oxşar yazılar