Bakıda avtomobil yaşlı qadını vurdu – Vəziyyəti ağırdır

  • 10:14 - 21 May

Bakıda 69 yaşlı qadın avtomobil tərəfindən vurulub.

Avropa.info Trend-ə istinadən bildirir ki, hadisə ötən axşam saat 16 radələrində, Atatürk prospektində baş verib. Yolu keçmək istəyən 1950-ci il təvəllüdlü Xasməmmədova Ulduzə Molla qızı avtomobil tərəfindən vurulub.

Bel fəqərəsinin sınığı ilə 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilən qadın hazırda reanimasiya şöbəsindədir. Vəziyyəti ağır qiymətləndirilir.


Oxunma sayı: 3168

Oxşar yazılar