İŞİD 14 ölkədə terror aktları planlaşdırıb - Türkiyə kəşfiyyatı

  • 22:58 - 20 May

Türkiyədə təhlükəsizlik tədbirləri gücləndirilib.

Bu, Türkiyə kəşfiyyat orqanlarının İŞİD terror təşkilatı mənsublarının yazışmalarını ələ keçirməsi ilə bağlıdır.

Qeyd olunur ki, yazışmalarda 14 ölkədə terror aktlarının törədilməsi ilə bağlı planlar yer alıb.

Trend xatırladır ki, daha əvvəl Türkiyənin daxili işlər naziri Süleyman Soylu son zamanlarda ölkə ərazisində İŞİD-in fəallığının müşahidə olunduğunu demişdi: “Məhz bununla əlaqədar Türkiyədə təhlükəsizlik tədbirləri əsaslı şəkildə gücləndirilib. Türkiyə kəşfiyyatı terrorçuların və onlardan gələn təhdidlərin aradan qaldırılması üçün fəal işləyir”.


Oxunma sayı: 5555

Oxşar yazılar