Azərbaycan Çinə nar şirəsi və nar şərabı ixrac edəcək

  • 22:04 - 20 May

Azərbaycan Çinə nar şirəsi və nar şərabı ixrac edəcək.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Avropa.info-ya bildirilib ki, Çinin Şanxay şəhərində təşkil edilmiş "Sial China 2019" beynəlxalq sərgisində qida, şərab və digər spirtli içkilərin istehsalı sahəsində fəaliyyət göstərən 19 Azərbaycan şirkətinin məhsulları "Made in Azerbaijan" vahid ölkə stendində təqdim olunub. Sərgi çərçivəsində keçirilmiş görüşlərdə ixracının genişləndirilməsinə dair müzakirələr aparılıb, bir sıra məhsulların ixracına dair razılığa gəlinib.

Belə ki, "Agro-Azərinvest" şirkəti nar şərabının, "Naiqin Ko Tovuz Baltiya" şirkəti nar şərabının və nar şirəsinin ixracına dair razılıq əldə edib, "Az-Granata" şirkəti isə şərab məhsullarının ixracına dair danışıqlar aparıb.

Bundan əlavə, Azərbaycanın "Aspi-Agro", "Merit Brand", "Caspian Coast Winery and Vineyards", "Abşeron Şərab", "Mərəndi", "Naiqin Ko Tovuz Baltiya", "Aznar", "İsmayıllı Şərab 2", "Cəlilabad Şərab-2" və "Şərq Ulduzu" şirkətlərinin istehsal etdikləri məhsullar Çin, Tayvan, Honqkonq, İsrail və digər ölkələrdən olan idxalçılar tərəfindən maraqla qarşılanıb, ixraca dair danışıqlar aparılıb.

Azərbaycanın qida məhsulları istehsalı ilə məşğul olan "Crispa Snacks", "Camal LTD", "BakuKonserv" şirkətləri məhsullarının Çin, Monqolustan, Sinqapur və Litvayaya ixracına dair müzakirələr aparıblar.

Qeyd edək ki, "Made in Azerbaijan" vahid ölkə stendi "Sial China 2019" beynəlxalq sərgisin ən çox ziyarət edilən stendlərdən olub və Azərbaycan məhsullarına böyük maraq göstərilib.


Oxunma sayı: 9317

Oxşar yazılar