Tehranda polis 2 tondan çox narkotik vasitə müsadirə edib

  • 21:12 - 20 May

Bu gün Tehran şəhərinin polis idarəsi müxtəlif məhəllələrdə əməliyyat axtarış tədbirləri həyata keçirib.

Əməliyyat nəticəsində 2 ton 293 kiloqram narkotik vasitə aşkarlanaraq müsadirə edilib. Tehran polisinin rəisi general Möhsün Xəncərli jurnalistlərə bildirib ki, narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olan 4 nəfər həbs edilib.

Rəis qeyd edib ki, İranda narkotik vasitələrin qaçaqmalçılığı, qanunsuz satışı və saxlanılmasına qarşı ciddi mübarizə aparılır. Narkotik vasitələr İrana əsasən Əfqanıstandan daxil olur. General bildirib ki, ABŞ qoşunları 2001-ci ildə Əfqanıstana daxil olduqdan sonra bu ölkədə narkotik maddələrin istehsalı və qanunsuz yollarla ixracı artıb.


Oxunma sayı: 5676

Oxşar yazılar