Tramp Zelenskiyə məktub yazdı - ABŞ Ukrayna xalqı ilə birlikdədir..

  • 20:55 - 20 May

Ukrayna Prezidenti Vladimir Zelenski Ağ Evin rəhbəri Donald Trumpdan mesaj alıb. Məktub ona Amerika Birləşmiş Ştatlarının Enerji naziri Rik Perri tərəfindən çatdırılıb.

Virtualaz.org "Ukrainskaya pravda”ya istinadən bildirir ki, məktubda Kiyev və Vaşinqton arasında gələcək əməkdaşlığa toxunulub.

"ABŞ Prezidenti bizdən onu çatdırmağı xahiş etdi. ABŞ Ukrayna xalqı ilə birlikdədir, onlar səbirsizliklə yeni Prezidentlə birgə işi gözləyirlər, ümid edirəm ki, həm də yeni parlamentlə", - deyə qazeta.ru Amerika nazirinin sözlərini sitat gətirib.

Qeyd edək ki, bu gün Ukraynanın yeni prezidenti Vladimir Zelenskinin andiçmə mərasimi olub. Andiçmə mərasimindəki çıxışında V.Zelenski Nazirlər Kabinetini istefaya getməyə çağırıb. Eyni zamanda, Zelenski Ali Radanı buraxdığını bildirib və deputatların toxunulmazlıq hüququnun ləğv edilməsini xahiş edib.

Yeni Prezident, həmçinin bildirib ki, nəyin bahasına olursa-olsun Donbasda müharibənin dayandırılmasına çalışacaq: “Bizim qəhrəmanlarımız orada ölməməlidirlər”. Bununla yanaşı, o, ən çətin qərarlar verə biləcəyini və vəzifədən getməsi bahasına başa gəlsə belə, Donbasda qarşıdurmanı Ukraynanın ərazi bütövlüyünün pozulmaması şərtilə dayandıracağını deyib.


Oxunma sayı: 4620

Oxşar yazılar