İcra başçısı Dilqəm Əsgərovun oğluna kişi sözü verdi - Foto

  • 20 May - 2019

Şəmkir İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov erməni girovluğunda saxlanan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərovla görüşüb.

Avropa.info xəbər verir ki, bu barədə Modern.az-a K. Əsgərov bildirib.

K.Əsgərovun sözlərinə görə, A.Məmmədov onun torpaq sahəsinin icarə müqaviləsinin müddətinin artırılması üçün aidiyyəti dövlət qurumlarına rəsmi müraciət edəcəyini açıqlayıb:

"Görüşdə mənim problemlərimlə maraqlandı. Başçıya bildirdim ki, tək bir problemim var, o da atamın mənə alıb verdiyi torpaq sahəsinin əlimdən çıxmasıdır. Başçıya dedim ki, bu torpağı atam azad olunub gələnədək canla-başla qoruyub saxlamalıyam”.

O qeyd edib ki, başçı ilə aralarındakı anlaşılmazlıq tam olaraq həllini tapıb:

"O mənə kişi söz verdi ki, həmin torpaq sahəsi yenidən mənim səlahiyyətimə qaytarılacaq. Səmimi söhbət zamanı bir-birimizi başa düşdük və ortaq məxrəcə gəldik ki, arada bəzi səhv anlaşılmazlıqlar olub. Başçı yaxın vaxtlarda həmin torpaq sahəsinin tam qanuni şəkildə sənədləşdirərək, mənim istifadəmə veriləcəyinə söz verdi və məni öz evinə dəvət etdi”.

Qeyd edək ki, K.Əsgərov 5 il əvvəl icarəyə götürdüyü torpaq sahəsinin icarə müddəti bitdiyi üçün Səmkir rayon İcra Hakimiyyətinə müraciət etsə də, ona məhəl qoyan olmayıb.

K.Əsgərov bildirib ki, torpağının əlindən alınması səbəbi ərazinin yeni çəkilən "İpək yolu”un üzərində yerləşməsidir:

"Mənim ərazimdə də xeyli materiallar var. Mən 5 il əvvəl həmin torpağı icarəyə götürmüşəm. İndi icarə müqaviləsinin vaxtı bitir. Şəmkir rayon İcra Hakimiyyətinə nə qədər müraciət etsəm də, müqavilənin müddətini artırmırlar. Başçı isə bizi qəbul etmir ki, dərdimizi ona deyək”.


Oxunma sayı: 231

Oxşar yazılar