Hindistan prezidenti İlham Əliyevi Respublika Günü münasibəti ilə təbrik edib

  • 19:10 - 20 May

Hindistan Respublikasının Prezidenti Ram Nat Kovind İlham Əliyevi Respublika Günü münasibəti ilə təbrik edib.

Avropa.info-nun xəbərinə görə, təbrik məktubunda deyilir:

Zati-aliləri.

Respublika Günü münasibətilə Sizə, Azərbaycan dövlətinə və xalqına Hindistan Hökuməti və xalqı adından və şəxsən öz adımdan səmimi salamlarımı və təbriklərimi çatdırıram.

Hindistan ilə Azərbaycan arasında tarixi əlaqələrə və müxtəlif sahələrdə əməkdaşlığa əsaslanan dostluq münasibətlərinin davamlı olaraq inkişaf etdiyini vurğulamaqdan məmnunluq duyuram. Əminəm ki, ikitərəfli əlaqələrimiz gələcək illərdə daha da möhkəmlənəcək və müxtəlif sahələrə yönələcəkdir.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına isə tərəqqi və firavanlıq arzulayıram.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.


Oxunma sayı: 16566

Oxşar yazılar