Polis Xalq Cəbhəsinin qanunsuz aksiyasının qarşısını aldı

  • 18:36 - 20 May

Hüquq-mühafizə orqanlarının əməkdaşları Masallıda AXCP üzvlərinin yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış qanunsuz yığıncağının qarşısını alıblar.

Bu barədə virtualaz.org-a hüquq-mühafizə orqanlarındakı rəsmi mənbələrdən bildiriblər.

İnformasiyaya əsasən, qanunsuz yığıncağın iki təşkilatçısı polisin yerli bölməsinə dəvət edilib və profilaktik söhbətdən sonra sərbəst buraxılıb.

Xatırladaq ki, daha əvvəl AXCP-nin mətbuat xidməti Masallıda yığıncaq keçirməyə çalışan bir neçə partiya üzvünün tutulması haqda məlumat yaymışdı.


Oxunma sayı: 6083

Oxşar yazılar