Ukrayna müdafiə naziri vəzifəsindən istefa verib

  • 18:22 - 20 May

Ukraynanın müdafiə naziri Stepan Poltorak bu gün istefa ərizəsini yazıb.

Bu barədə jurnalistlərə açıqlamada S.Poltorok özü məlumat verib.

O, Ukrayna Prezidenti Vladimir Zelenskinin Ali Radada çıxışı zamanı səsləndirdiyi fikirlərdən sonra vəzifəsindən getmək barədə qərara gəldiyini bildirib.

Qeyd edək ki, Zelenski Ali Radada andiçmə mərasimindəki çıxışında Baş prokuror, müdafiə naziri və Ukrayna Təhlükəsizlik Xidmətinin rəisini vəzifələrindən istefa verməyə çağırmışdı.


Oxunma sayı: 4752

Oxşar yazılar