Ukraynanın yeni prezidentinin sərvəti açıqlandı

  • 17:45 - 20 May

Ukrayna prezidenti Vladimir Zelenski Korrupsiya ilə Mübarizə üzrə Milli Agentliyin saytında 2018-ci il üçün gəlir deklarasiyasını açıqlayıb.

Avropa.info xəbər verir ki, Zelenski keçən il “Kvartal-95 telestudiyası” ilə 160 min dollar qazanıb. Daha 210 min dollar baş mənbələrdən daxil olub. Mülkləri arasında satın aldığı vaxt 31 min dollara olan 353 kvadrat metrlik evi, 28,5 min dollarlıq 131 kvadrat metrlik mənzil, 1200 kvadrat metrlik torpaq sahəsi, iki park yeri qeydə alınıb.

Zelenskinin Kiyevdə arvadı ilə həmrəy bir neçə mənzili, İtaliyada evi və Böyük Britaniyada mənzili var. Bundan əlavə Gürcüstanda 10 otel nömrəsi onun mülkləri siyahısındadır.

Prezidentin nağd pul olaraq 190 min dolları və 107 min avrosu var. Bank hesablarında isə 440 min dollar, 1 milyon qriven və 130 min dollar var.

Zelenski “Kinokvartal” və “Kvartal-95 studiyası” şirkətlərinin müəllif hüququna malikdir. “Kvartal-konsert”, “Qaudi studio”, “İnvest anıma” və “Fiş-haus” şirkətlərinə ortaqdır.

Yeni prezident 2016-cı ildə istehsal olunmuş “LAND ROVER” markalı avtomobilə və bir neçə qiymətli saatın sahibidir. Zelenski həmçinin bir neçə ixtiranın və onlarla ticarət markasının müəllifidir.


Oxunma sayı: 5225

Oxşar yazılar