“Vəzifədə qaldığım müddətdə Çin super güc olmayacaq” – Trampdan daha bir qalmaqallı açıqlama

  • 16:13 - 20 May

ABŞ ilə Çin arasında siyasi gərginlik gün keçdikcə yüksəlir.

Avropa.info xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bəyanatları siyasi böhranın daha da dərinləşəcəyini göstərir. “FOX News”a müsahibə verən Tramp vəzifədə olduğu müddətdə Çinin super güc ola bilməyəcəyini deyib.

“Milyardlarla dollar alırıq. Aydın şəkildə görünür ki, Çin bizim kimi yaxşı vəziyyətdə deyil. Çin iqtisadiyyatı çox yaxşı deyil. İqtisadiyyatımız fantastik vəziyyətdə deyil. Çin iqtisadiyyatı çox yaxşı vəziyyətdə deyil. İqtisadiyyatımız fantastik vəziyyətdədir. Əgər Hillari Klinton prezident olsaydı, indi Çin bizdən daha yaxşı vəziyyətdə olardı. Amma indi bizə yaxınlaşmazlar belə. Mən vəzifədə qaldığım müddətdə Çin əsla super güc olmayacaq”.


Oxunma sayı: 6545

Oxşar yazılar