İsraildə “Eurovision”un keçirildiyi binadan Ərdoğanın plakatını asdılar - Netenyahuya qarşı etiraz (Video)

  • 15:49 - 20 May

İsraildə keçirilən “Eurovision” mahnı müsabiqəsi çoxsaylı etiraz aksiyaları ilə müşayiət olunub.

Avropa.info xəbər verir ki, İslandiyanın “Hatari” qrupu Fələstin bayraqları ilə səhnəyə çıxarkən, salonda bir çox adam da İsrailin siyasətinə etiraz edib.

ESC Halle təşkilatı bu səhər müsabiqənin keçirildiyi binaya İsrail baş nazirini nəzərdə tutan “crime minister” (cinayət baş naziri) yazılan plakat asıblar. Netanyahunun plakatı üzərindən isə İsrailə etiraz etmək üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın plakatı asılıb.

İsrail hərbçiləri qısa müddət sonra plakatları yığışdırıblar. 


8ZLrt7Z5Grs

Oxunma sayı: 5269

Oxşar yazılar