Bakıda "Mercedes" velosipedçini xəstəxanalıq etdi

  • 15:21 - 20 May

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Avropa.info Trend-ə istinadən xəbər verir ki, hadisə Səbail rayonu, Bibiheybət qəsəbəsində məscidinin yaxınlığında qeydə alınıb. Belə ki, "Mercedes E-class" markalı avtomobil velosipedçini vurub.

Nəticədə ağır xəsarətlər alan velosipedçini "Mercedes E-class"in sürücüsü xəstəxanaya çatdırıb.

Hazırda yaralı 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisə zamanı "Mercedes E-class" avtomobilinə də ziyan dəyib.


Oxunma sayı: 4697

Oxşar yazılar