Arif Məlikovun heykəli üçün Komissiya yaradılacaq

  • 14:48 - 20 May

Xalq artisti Arif Məlikovun xatirəsinə ucaldılacaq heykəllə bağlı Komissiya yaradılacaq.

Modern.az-ın məlumatına görə, bunu Mədəniyyət naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, bununla bağlı Prezident İlham Əliyev xüsusi tapşırıq verib:

“Həmin Komissiya heykəlin harada qoyulması, hansı üslubda olmasını müəyyənləşdirəcək. Heykəlin qoyulması bir günün işi deyil. Həm heykəltəraşlar, həm də memarlarla aparılan müzakirələrdən sonra Komissiya tərəfindən iş yekunlaşdırılacaq və nazirliyə təqdim olunacaq”.


Oxunma sayı: 9493

Oxşar yazılar