“Operativ müdaxilənin vaxtı çatıb” – Paşinyan Ermənistanın məhkəmə sistemini tam dəyişdirməyə çağırdı

  • 14:30 - 20 May

Ermənistan baş naziri Nikol Paşinyan bu gün bəyanatla çıxış edərək, ölkədə məhkəmə islahatına çağırıb.

Avropa.info xəbər verir ki, baş nazirin sözlərinə görə, Ermənistanda hakimiyyətin iki legitim qolu formaşaldırılıb – icra və qanunverici hakimiyyət. Məhkəmə sistemi isə korrupsiyalaşmış sistemin nəzarətində qalır.

Paşinyanın sözlərinə görə, məhkəmə hakimiyyəti öz-özünü korrupsiyadan təmizləməli idi. 

“Operativ müdaxilənin vaxtı gəlib çatıb” – Paşinyan belə deyib.

Ermənistan baş naziri məhkəmələrin siyasi əlaqə, mülkiyyət məsəllərinə görə veto prosesinə məruz qalmalı olduğunu bildirib. Bundan əlavə qərarları Avropa insan haqları məhkəməsi tərəfindən qanunsuz tanınmış hakimlər istefa verməlidir.

Paşinyanın fikrinə görə, məhkəmələrin keçid müddəti bir və ya iki il ərzində həyata keçirilməlidir. O, lazım gələrsə konstitusiyaya dəyişikliklər edilməsinə və referendum keçirilməsinə gedilə biləcəyini deyib. O, bütün bu proseslərin beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək həyata keçirilməli olduğunu deyib.

Çıxışında o vətəndaşları məhkəmə girişlərini bağlamağa çağırıb. Bu aksiya ilə Ermənistan xalqı məhkəmə sisteminin xalqın iradəsini əks etdirdiyini nümayiş etdirmiş olacaqlar.


Oxunma sayı: 4543

Oxşar yazılar