“ABŞ və İran arasında müharibə İraqın sonu olacaq” - Müqtəda əs-Sədr

  • 12:40 - 20 May

İraqın şiə lideri Müqtəda əs-Sədr ABŞ və İran arasında baş verəcək müharibə ehtimalı halında İraqın sonunu gələ biləcəyini deyib.

Avropa.info xəbər verir ki, Sədr sosial şəbəkədə yazdığı statusda bu açıqlamanı verib:

“Mən, İran və ABŞ arasında müharibənin qızışdırılmasının tərəfdarı deyiləm. İraqın bu müharibəyə sürüklənib İran və ABŞ arasında poliqon olmasının da tərəfdarı deyiləm. İraq dövləti olaraq birlik və ciddi mövqe nümayiş etdirə bilməsək, ABŞ-İran müharibəsi İraqın sonu olacaq.

Nə İraq, nə də xalq başqa bir müharibənin öhdəsindən gələ bilməz. Bizim sülh və bərpaya ehtiyacımız var. Hər hansı tərəf İraqı müharibəyə apararsa və müharibə üçün poliqona çevrilməsinə səbəb olarsa, o, İraq xalqının düşmənidir”.


Oxunma sayı: 6644

Oxşar yazılar