Zelenski Ali Rada və hökuməti buraxdığını bəyan etdi

  • 12:02 - 20 May

“Mən Ali Şuranın səkkizinci çağırışını buraxıram”.

Avropa.info xəbər verir ki, bu açıqlama ilə Ukraynanın prezidenti səlahiyyətlərinə yeni başlamış prezidenti Vladimir Zelenski çıxış edib. Yeni prezident hökuməti də istefaya getməyə çağırıb.

Daha əvvəl o, bütün dünyadakı ukraynalılara müraciət edərək, onları vətənə qayıtmağa səsləmişdi.

Bəzi məlumatlara görə, Ukraynada növbəti parlament seçkiləri 14 iyulda keçirilə bilər. 


Oxunma sayı: 4488

Oxşar yazılar