Bakıda mağazalar şəbəkəsi olan iş adamı və xanımı öz evində girov götürülüdü – Video

  • 11:38 - 20 May

Türkiyənin Əskişəhr şəhərində silahlı şəxslər "Sarar" şirkətlərin qrupunun sahibi Cəmaləddin Saraı və həyat yoldaşını girov götürüblər.

Avropa.info xəbər verir ki, şirkət sahibinin evinə girən 3 nəfər silahlı şəxs onları girov götürdükdən sonra kassanı soyub, qaçıblar.

Evə girən oğrular əvvəlcə ev sahibinin və xanımının əl-ayaqlarını bağlayıblar. Kassanı soyduqdan sonra qaçan şübhəliləri ələ keçirək üçün hüquq-mühafizə orqanları axtarış-əməliyyat tədbirlərinə başlayıb.

"Sarar" şirkətlər qrupunun sahibi Cəmaləddin və xanımı Zəhra Sararın səhhətində problem olmadığı bildirilib. Zərərçəkənlər ilk ifadəsində üç maskalı soyğunçunun bolqarca, ya da ona bənzər dildə danışdıqlarını söyləyiblər. 

Qeyd edək ki, "Sarar" şirkətlər qrupunun Bakıda da mağazalar şəbəkəsi fəaliyyət göstərir.


Fj2PGlvtAgk

Oxunma sayı: 9064

Oxşar yazılar