Zelenski rəsmən Ukrayna dövlətinin prezidenti oldu

  • 11:45 - 20 May

Vladimir Zelenski rəsmən Ukrayna prezidenti vəzifəsi səlahiyyətlərini icra etməyə başlayıb.

Avopa.info xəbər verir ki, yeni prezident andiçmə sənədini imzalayaraq Konstitusiya məhkəməsinə verib. Ali Radada ona hakimiyyətin simvolları olan gürz, döş nişanı və möhür təqdim olunub.

İnauqurasiya mərasimi başlamadan əvvəl o, jurnalistlərin hal-əhvalla bağlı sualına “Normal hiss edirəm” cavabı verib. 

İnauqurasiya mərasiminin keçirildiyi parlament binasının qarşısında yığışan tərəfdarları Zelenskini alqış və çağırışlarla qarşılayıblar. Mərasimdə Latviya, Litva, Estoniya, Gürcüstan, Macarıstan prezidentləri iştirak ediblər. 


Oxunma sayı: 4356

Oxşar yazılar