Paşinyan məhkəmə binasının qarşısını kəsən tərəfdarlarının yanına gəldi - Foto

  • 11:04 - 20 May

Tərəfdarlarına məhkəmələrin çıxışını bağlamaq çağırışı edən Ermənistan baş naziri Nikol Paşinyan Nork Maraş rayon məhkəməsinin qarşısına özü gəlib.

Avropa.info xəbər verir ki, məhkəmə qarşısına yığışan və girişi bağlayan fəallar “baş nazir” şüarı qışqırıblar. “Sizə soyuq deyil?” sualı verən Paşinyan saat 12-də canlı efirdə demək istədiyi hər şeyi deyəcəyini bildirib. O, çağırışına səs verib məhkəmə binası girişlərini bağlayan tərəfdarlarına minnətdarlıq edib.

Qeyd edək ki, bu səhərdən etibarən məhkəmənin Robert Köçəryanı azadlığa buraxması qərarına etiraz edən fəallar paytaxt məhkəmələrinin girişini bağlamağa başlayıblar. Bəzi QHT-lər qərarı antikonstitusion adlandırıb, müxalifət etiraz bəyanatı ilə çıxış edib.


Oxunma sayı: 12848

Oxşar yazılar