Məhkəmənin Köçəryan qərarı Ermənistanı qarışdırdı – Paşinyan “inqilabın ikinci mərhələsi”ni elan etməyə hazırlaşır

  • 10:40 - 20 May

Ermənistanda baş nazir Nikol Paşinyanın çağırışına səs verən fəallar bu səhərdən etibarən məhkəmələrin çıxışını bağlamağa başlayıblar.

Avropa.info xəbər verir ki, ilk növbədə şənbə günü azadlığa buraxılan sabiq Ermənistan prezidenti Robert Köçəryan haqda qərar verən Nor Nork İrəvan icmasının hüquqi səlahiyyətinə daxil məhkəmə binasının qarşısı bağlanıb.

Bundan əlavə paytaxtın digər məhkəmələrinin, həmçinin Konstitusiya məhkəməsinin qarşısı tutulub.Paşinyan bu gün ölkədəki məhkəmə-hüquq sistemi ilə bağlı çıxış etməyə, “inqilabın ikinci mərhələsi”ni elan etməyə hazırlaşır.

“Mənə və bizim hökumətə, xalq hakimiyyətinə oyuncaq məhkəmə lazım deyil” – o, “Facebook”da etdiyi canlı yayımda belə deyib.

Müxalifət Paşinyanın çıxışını antikonstitusion adlandıraraq, tənqid edib. İqtidarda olmuş Respublika partiyası bunu məhkəmə sisteminə görünməmiş təzyiq adlandırıb.


Oxunma sayı: 5731

Oxşar yazılar