Gürcüstandakı seçkilərdə soydaşımız mer seçildi – Foto

  • 10:30 - 20 May

Gürcüstanda keçirilən növbədənkənar və aralıq seçkilər üzrə səsvermə başa çatıb.

Avropa.info "Qafqazinfo"ya istinadən xəbər verir ki, azərbaycanlıların kompakt yaşadıqları Marneuli rayonunda keçirilən mer seçkilərində 15 namizəd mübarizə aparsa da,  “Gürcü Arzusu” partiyasının namizədi Zaur Darğallı qalib gəlib.

O, seçicilərin 78,6 faiz səsini toplayıb.

Qeyd edək ki, Zaur Darğallı 1988-ci ildə Marneuli şəhərində anadan olub. İlya Çavçavadze adına Dövlət Universitetini bitirib. 2007-2009 illərdə bir sıra regional və beynəlxalq media qurumlarında jurnalist kimi fəaliyyət göstərib. 2010-2012 illərdə Amerika Birləşmiş Ştatlarının Regional İnkişaf Agentliyinin Kvemo Kartli bölgəsindəki ofisinin rəhbəri vəzifəsində çalışıb. O, 2014-2017 ci ilədək Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət nazirinin müşaviri olub. 2017-ci ildən isə Kvemo Kartli qubernatorunun müavini vəzifəsində çalışıb.

 


Oxunma sayı: 4895

Oxşar yazılar