İki ailə arasında baş verən dava altı nəfərin ölümü ilə nəticələnib

  • 23:32 - 19 May

Türkiyənin Qars bölgəsində torpaq sahəsi ilə bağlı iki ailə arasında yaranan davada 6 nəfər ölüb, 5 nəfər yaralanıb. Qətllər avtomat silahla törədilib.

Hadisə Sarıkamış rayonunun Çamyazı kəndində baş verib. Yaralılar Qarsdakı dövlət xəstəxanasına çatdırılıblar. Onlardan birinin vəziyyəti ağırdır. Hadisənin böyüməməsi üçün əraziyə əlavə təhlükəsizlik qüvvələri cəlb olunub.


Oxunma sayı: 3894

Oxşar yazılar