İTV Avropa Yayımları Birliyindən Azərbaycan xəritəsi ilə bağlı buraxılan səhvə görə açıqlama tələb edib

  • 23:17 - 19 May

İctimai Televiziya və Radio Yayımları Şirkəti "Eurovision-2019" mahnı müsabiqəsinin təşkilatçılarına şikayətlə müraciət edib.

Müraciət ötən gün "Eurovision-2019" mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin çıxışı zamanı xəritədə Qarabağ və Naxçıvanın qeyd edilməməsi ilə bağlıdır.

"Məsələ ilə bağlı İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən dərhal müsabiqə təşkilatçılarına və Avropa Yayımları Birliyinin rəhbərliyinə rəsmi şəkildə etiraz bildirilərək müraciət edilib. Hazırda bununla bağlı qarşı tərəfin açıqlamasını gözləyirik", - deyə məlumatda bildirilir.


Oxunma sayı: 6831

Oxşar yazılar